Gürcüstan hakimiyyəti "xarici agentlər" haqqında qanunu yenidən işə salır

Gürcüstanın parlament çoxluğu 2023-cü ilin martında kütləvi etirazlar fonunda qəbul edilməsindən imtina edilməsinə qərar verilən "Xarici təsirin şəffaflığı haqqında" qanunun yenidən işə salınması barədə qərar qəbul edib...

Poliqon xəbər verir ki, bu barədə hakim Gürcü Arzusu-Demokratik Gürcüstan Partiyasının icraçı katibi Mamuka Mdinaradze bildirib.

"Yeni qanun layihəsi Gürcüstan parlamentində keçən irəli sürülən mətndən bir maddə ilə fərqlənir. Bu gün təşəbbüs göstərdiyimiz qanun layihəsində "xarici təsir agenti" ifadəsi əvəzinə "xarici gücün maraqlarını təşviq edən təşkilat" ifadəsi işlədiləcək", deyə Mdinaradze brifinqdə bildirib.

Onun sözlərinə görə, bütün digər ifadələr ötən ilki təşəbbüslə eyni olacaq.

"Xatırladıram ki, qanun layihəsi yeganə tələbi nəzərdə tutur - xaricdən maliyyə alan təşkilatlar illik maliyyə hesabatlarını dərc etməlidirlər, bunun pozulmasına görə yalnız maliyyə sanksiyaları nəzərdə tutulur. Bu, şəffaflığın və cəmiyyət qarşısında hesabatlılığın minimum standartıdır", deyə Mdinaradze əlavə edib.

Qanun layihəsinin qəbulu parlamentin yaz sessiyasının sonuna qədər planlaşdırılır.

Poliqon.info