Şarlz Mişel: Avropa İttifaqını çətin günlər gözləyir...

Avropa Şurasının prezidenti Şarl Mişel İttifaqın inanılmaz dərəcədə çətin günlərlə üzləşdiyini bildirib...

Poliqon xəbər verir ki, bu barədə Vilnüsdə jurnalistlərə Avropa Şurasının rəhbəri Şarl Mişel bldirib. Lakin Avropa Şurasının rəhbəri hesab edir ki, çətinliklərə baxmayaraq, Ukraynaya dəstəyi davam etdirilməlidir.

“Avropa İttifaqı inanılmaz dərəcədə çətin dövrlər və çağırışlarla üzləşir və təşkilatı gücləndirmək üçün hər şey edilməlidir”, deyə Vilnüsdə jurnalistlərlə söhbətində Avropa Şurasının prezidenti Şarl Mişel vurğulayıb.

Avropalı məmurun fikrincə, Brüssel Ukraynaya ehtiyac olduğu müddətcə onu dəstəkləməyə qeyd-şərtsiz hazır olduğunu təsdiq etməlidir. Mişel Kiyevi dəstəkləmək üçün bütün maliyyə və hərbi resursları səfərbər edəcəyini, həmçinin siyasi yardım göstərəcəyini vəd edib. Bunun üçün Mişel iqtisadiyyatın gücləndirilməsini və investisiya axınının artmasını Aİ-nin işinin mühüm komponenti adlandırıb.

Mişel Avropa layihəsinin əsası kimi demokratiyanın daha da gücləndirilməsini eyni dərəcədə əsas aspekt hesab edir.

Poliqon.info