ABŞ Kiyevin heç vaxt Rusiyanın əlinə keçməyəcəyinə söz verib...

Dövlət Departamenti ABŞ və Rusiya arasında dialoqun şərtlərini açıqlayıb...

ABŞ dövlət katibi Entoni Blinken bildirib ki, Rusiya tərəfinin siyasəti dəyişərsə, Vaşinqtonla Moskva arasında dialoq mümkündür...

Poliqon xəbər verir ki, bu barədə LCI telekanalı məlumat yayıb.

"Problem ondadır ki, biz belə dəyişikliklərin əlamətlərini görmürük. Ümid edirəm ki, həmin gün ən qısa zamanda gələcək, ölkələrimiz arasındakı münasibətlər indiki kimi olmayacaq", deyə Blinken bildirib.

ABŞ dövlət katibinin sözlərinə görə, iştirakçı ölkələr konsensusa gələrsə, Rusiya prezidenti Vladimir Putin G20 sammitinə dəvət oluna bilər. Bununla belə, o əlavə edib ki, indiki şəraitdə bunun nə dərəcədə faydalı ola biləcəyini və necə həyata keçirilə biləcəyini anlamaq çətindir.

Blinken həmçinin bildirib ki, Amerika hakimiyyəti Rusiyanın Kiyevi ələ keçirə və Ukraynanın paytaxtını öz nəzarəti altına ala bilməyəcəyinə əmindir. Onun sözlərinə görə, Ukrayna münaqişəsinin əvvəlində oxşar narahatlıqların yarandığını qeyd edib.

ABŞ nümayəndəsi vurğulayıb ki, belə bir ssenari olmayacaq və Vaşinqton artıq Ukraynaya Kiyevin heç vaxt Rusiyanın əlinə keçməyəcəyinə söz verib. "Müharibənin başlanmasından sonra bu ssenari narahatlıq doğurdu, lakin Qərbin dəstəyi sayəsində Ukrayna hadisələrin bu inkişafından qaçdı", deyə dövlət katibi yekunlaşdırıb.

Poliqon.info