Tayvan zəlzələdən sonra Çinin yardımından imtina edib

Çinin Tayvan İşləri İdarəsi təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün yardım göstərməyə hazır olduğunu açıqlayıb...

Çin Xalq Respublikasının Dövlət Şurasının nəzdində fəaliyyət göstərən və ada ilə əlaqələrə cavabdeholan Tayvan İşləri İdarəsi bu gün, aprelin 3-də baş vermiş güclü zəlzələ ilə bağlı narahatlığını bildirib.

Poliqon xəbər verir ki, idarə təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün yardım göstərməyə hazır olduğunu açıqlayıb. Məlumata görə Tayvan rəsmiləri narahatlığına görə Pekinə təşəkkür edib, lakin Pekinin köməyinə ehtiyaclarıı olmadığını bildiriblər.

Qeyd edək ki, bu gün Tayvanın şərq sahillərində 7,5 və 6,6 bal gücündə zəlzələ baş verib. Zəlzələ son 25 ildə adada ən güclü yeraltı təkan olub. 40-dan çox yeraltı təkan qeydə alınıb. Son məlumatlara görə, 4 nəfər ölüb, 90-dan çox insan yaralanıb. Zəlzələ Yaponiyanın Okinava və Miyako adalarında da hiss olunub və ərazidə sunami təhlükəsi elan olunub.

Poliqon.info