Türkiyədə gecə klubunda yanğında ölənlərin sayı 25-ə çatıb - Yenilənib

Türkiyədə İstanbul vilayətinin Şişli rayonunda 16 mərtəbəli binada yanğın nəticəsində ölənlərin sayı 25-ə çatıb...

“Report” xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

Qeyd olunub ki, yaralılardan 3-nün vəziyyəti ağırdır.

***

Türkiyədə İstanbul vilayətinin Şişli rayonunda 16 mərtəbəli binada yanğın nəticəsində ölənlərin sayı 16-ya çatıb.

“Report” xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Yaralıların yeni sayı açıqlanmayıb.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Onların müalicəsi davam edir.

Bundan başqa, 5 şübhəlinin saxlanıldığı bildirilir.

***

İstanbulun Şişli rayonunda təmir işləri aparılan gecə klubunda yanğın zamanı ölənlərin sayı artıb.

APA NTV-yə istinadən məlumat verir ki, ölənlərin sayı 10-a çatıb. Hadisə zamanı 13 şəxsin yaralandığı da bildirilir.

Daxili işlər naziri Ali Yerlikaya bildirib ki, yanğınla bağlı istintaq başladılıb.

***

İstanbulun Şişli rayonunda təmir işləri aparılan gecə klubunda yanğın zamanı ölənlərin sayı artıb.

APA-nın verdiyi xəbərə görə, bu barədə NTV məlumat yayıb.

Ölənlərin sayı 8-ə, yaralıların sayı isə 15-ə çatıb. Yaralılardan 6-nın vəziyyəti ağırdır.

***

“Report” Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə Posta küçəsində olub.

İlkin məlumata görə, yanğın nəticəsində 2 nəfər ölüb, 2 nəfər yaralanıb.

Əraziyə yanğınsöndürənlər cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam edir.

Hadisənin səbəbi hələ ki məlum deyil.

Poliqon.info