Erməni deputat: Ermənistan Avropa İttifaqında xoş qarşılanmır...

Ermənistan parlamentinin "Ermənistan" müxalifət fraksiyasının deputatı Areqnaz Manukyan ölkənin gələcəyinin Avropa İttifaqında olmadığını deyib...

Poliqon xəbər verir ki, deputat bu barədə "RİA Novosti" Agentliyinə müsahibəsində danışıb.

"Eyni vaxtda bir-birini istisna edən iki ittifaqda (Avropa İttifaqı və Avrasiya İqtisadi İttifaqı-red.) olmaq mümkün deyil. Üstəlik, bizi orada gözləmirlər. Ermənistan Avropa İttifaqında xoş qarşılanmır", deyə deputat bildirib.

Manukyan bəyan edib ki, Ermənistan ikinci Ukraynaya çevrilməməlidir və onun mövqeyi Aİİ və KTMT-də fəal əməkdaşlıq etməkdir. Oqeyd edib ki, İrəvan digər ölkələr və birliklərlə əlaqələri inkişaf etdirməlidir, lakin onun əsas yeri yuxarıda qeyd olunan təşkilatlardır.

Manukyan bildirib ki, Ermənistanın Rusiya ilə münasibətlərinin pozulması respublika üçün həm siyasi, həm də iqtisadi baxımdan ən ciddi problemlərə gətirib çıxaracaq. O, Ermənistanın xarici siyasət istiqamətlərinin dəyişdirilməsinin qəti əleyhinə olduğunu vurğulayıb. Onun fikrincə, ölkə geosiyasi oyunlarda alver predmetinə çevrilməməlidir.

Manukyan əlavə edib ki, belə bir dönüş olacağı təqdirdə Ermənistan eyni vaxtda bir neçə istiqamətdə çox ciddi problemlərlə üzləşəcək.

Poliqon.info