Keyt Middleton xərçəngə yoluxduğunu açıqlamağa məcbur olub...

Böyük Britabniya şahzadəsi Keyt Middleton ona xərçəng diaqnozu qoyulduğunu açıqlamaq məcburiyyətində qalıb...

Poliqon xəbər verir ki, bu barədə Daily Mail nəşri məlumat yayıb.

Kral ailəsinə yaxın bir insayder bildirib ki, Keyt Middleton şəxsi məlumatların sızması səbəbindən xərçəng xəstəliyinə tutulduğunu etiraf edib. Mənbənin sözlərinə görə, kimsə Kensinqton sarayının əməkdaşları ilə əlaqə saxlayıb və şahzadənin diaqnozu barədə məlumatlı olduqlarını bildirib. Şahzadə Uilyamın həyat yoldaşı anonim mənbəni qabaqlamaq üçün təcili olaraq video mesaj yayımlayıb.

Martın 22-də Keyt Middleton elan edib ki, hazırda profilaktik kimyaterapiya kursunun ilkin mərhələsindədir. O, xərçəngin qarın boşluğunda əməliyyatdan sonra aparılan müayinələr zamanı aşkar edildiyini bildirib.

Martın 21-də Böyük Britaniya polisinin Keyt Middltonun müalicə olunduğu "The London Clinic" özəl klinikasının əməkdaşlarına qarşı təhqiqat başlatdığı barədə məlumat yayılıb. Jurnalistlər, həmin şəxslərin Britaniya taxt-tacının varisinin həyat yoldaşının tibbi məlumatlarına giriş əldə etməyə çalışdıqlarını yazıblar.

Poliqon.info