Lukaşenko: Belarus müharibəyə hazırlaşır...

Prezident Lukaşenko bildirib ki, Belarus müharibəyə hazırlaşır, lakin döyüşmək niyyətində deyil...

Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, ölkəsi müharibəyə hazırlaşır, lakin Minsk heç kimlə döyüşmək istəmir.

Poliqon BELTA Agentliyinə istinadən xəbər verir ki, Belarus prezidenti bu barədə Qrodno şəhərinə işgüzar səfəri zamanı danışıb.

Lukaşenko vurğulayıb ki, Belarus öz gələcəyini dinc qurmaq istəyir və yalnız quruculuğa sadiqdir.

“Bizim döyüşmək istədiyimiz barədə söyləntilərə inanmayın. Biz müharibəyə hazırlaşırıq, mən bu barədə açıq deyirəm. “Sülh istəyirsənsə, müharibəyə hazırlaş” deyimi hər zaman aktualdır. Bu, çox düzgün deyilib”, deyə Belarus prezidenti vurğulayıb.

Lukaşenkonun sözlərinə görə, hazırda ölkədə müharibəyə müvafiq hazırlıqlar gedir, lakin Minsk heç kimi hədələmir.

“Biz başqasının torpağını istəmirik. Allah eləməsin elə bir şey olsun”, deyə Lukaşenko bildirib.

Poliqon.info