Ukrayna Tatarıstanda zavoda PUA-larla zərbə endirib, 6 nəfər yaralanıb - Yenilənib

Tatarıstanın Alabuqa rayonundakı zavoda pilotsuz uçuş aparatlarının (PUA) hücumu zamanı 6 nəfər yaralanıb...

APA-nın “Baza” teleqram kanalına istinadən xəbərinə görə, müəssisənin ərazisinə ümumilikdə üç ədəd PUA düşüb.

***

Tatarıstanın Alabuqa rayonundakı zavodlardan birinin ərazisinə 3 ədəd pilotsuz uçuş aparatı (PUA) ilə hücum olub.

APA-nın xəbərinə görə, ölən və ya xəsarət alanlar barədə məlumat verilməsə də, müəssisəyə ciddi ziyan dəyib.

Belə ki, nəticədə zavod ərazisindəki iki yataqxananın qapı və pəncərələri sındırılıb.

Qeyd edək ki, yerli hakimiyyət insidentlə bağlı hələlik rəsmi məlumat yaymayıb.

Poliqon.info