Fransa BMT Təhlükəsizlik Şurasına Yaxın Şərq qətnamə layihəsi hazırlayıb

Fransa Qəzza zolağında atəşkəs tələbi ilə Yaxın Şərq üzrə qətnamə layihəsini BMT Təhlükəsizlik Şurasına təqdim edəcək...

Poliqon xəbər verir ki. bu barədə Fransanın BMT-dəki daimi nümayəndəsi Nikola de Rivyer bildirib. Rivyer qeyd edib ki, Qəzzada vəziyyət fəlakətlidir.

Diplomatın sözlərinə görə, hazırlanmış qətnamə layihəsi “ən təcili məsələlərə” toxunur və digər məsələlərlə yanaşı, girovların azad edilməsi çağırışını da ehtiva edir.

“İkincisi, qətnamə layihəsi Qəzza zolağının yenidən qurulması, bərpası və idarə edilməsinə aiddir. Ən əsası odur ki, qətnamədə Fələstin Administrasiyasının Qəzza zolağına nəzarəti effektiv şəkildə bərpa etməsinin vacibliyini vurğulanır”, deyə Rivyer bildirib.

Xatırladaq ki, İsraillə Fələstinin HƏMAS hərəkatı arasında müharibə 7 oktyabr 2023-cü ildən davam edir. Martın 25-də BMT Təhlükəsizlik Şurası müsəlmanların müqəddəs Ramazan ayında Qəzzada atəşkəs haqqında qətnamə qəbul edib.

Poliqon.info