Qazaxıstan Silahlı Qüvvələri Muzeyindən Nazarbayevin mum fiquru çıxarılıb

Astanada respublikanın ilk prezidenti Nursultan Nazarbayevin mum fiquru Qazaxıstan Silahlı Qüvvələrinin Dövlət Hərbi Tarixi Muzeyindən götürülüb...

Poliqon xəbər verir ki, bu barədə “Tengrinews” xəbər agentliyi məlumat yayıb.

Nəşr yazır ki, bu qərarın səbəbləri rəsmi olaraq açıqlanmayıb. Fiqurun muzeydə altı il əvvəl quraşdırıldığını bildirilir. Mum eks-prezident muzeyin salonlarından birində masa arxasında oturmuşdu. İndi onun yerində sovet və qazax hərb lideri, Qazaxıstanın ilk müdafiə naziri, Sovet İttifaqı Qəhrəmanı Saqadat Nurmaqambetovun mum fiquru var.

Muzeydən bildirilib ki, Nazarbayevin fiquru fondun anbarında yerləşdirilib.

Poliqon.info