Moldova XİN: Rusiya ilə münasibətlərimizdə yaxşılaşma üçün ilkin şərtlər görmürük...  

Moldova ilə Rusiya arasında münasibətlərin yaxşılaşdırılması üçün heç bir ilkin şərt yoxdur, lakin bu, bir şərtlə baş verə bilər...

Poliqon xəbər verir ki, bunu Moldova Xarici İşlər Nazirliyinin rəhbəri Mixay Popşoy "Moldova-1" telekanalının efirində bildirib.

"Bu gün Rusiya Federasiyası ilə münasibətlərimiz Moldovanın müasir tarixinin bütün dövründə ən aşağı səviyyədədir. Bu, regionumuzun keçdiyi ağır sınaqlarla, qonşu Ukraynadakı hərbi əməliyyatlarla bağlıdır. Onlar davam etdikcə, biz Rusiya ilə münasibətlərimizdə hər hansı yaxşılaşma üçün ilkin şərtlər görmürük", deyə nazir bildirib.

Nazir Rusiya Federasiyasını milli təhlükəsizliyə ən böyük təhdid adlandıran prezident Maya Sandaya istinad edib.

Bundan əvvəl Popşoy Moldovanın Rusiya ilə münasibətləri respublikanın maraqları əsasında quracağını vurğulamışdı. Onun sözlərinə görə, Kişinyovun həm Moskva ilə, həm də istənilən başqa dövlətlə münasibətlərinin əsası budur. Nazir həmçinin bildirib ki, Kişinyov xarici qüvvələrin təzyiqlərinə baxmayaraq, NATO ilə əməkdaşlığın dərinləşdirilməsinə sadiq qalır.

Moldova prezidenti Maya Sandu isə ölkəsinin Rusiya ilə ortaq müzakirə mövzularının olmadığını və bu vəziyyətə səbəb kimi Moskvanın Moldova vətəndaşlarının maraqlarına hörmətsizlik göstərdiyini bildirib. "Bundan əlavə, Rusiya Federasiyası respublikaya qaz tədarükünü azaltmaqda və Ukraynadakı münaqişədə günahkardır. Moskva həmçinin Kişinyovda hökuməti devirməyə cəhd edib", deyə prezident qeyd edib.

Maya Sandu həmçinin Rusiyanı Moldovanın milli təhlükəsizliyi üçün ən böyük təhdid adlandırıb. O, ölkənin Avropa İttifaqı, ABŞ və Böyük Britaniya ilə tərəfdaşlığını bununla izah edib. Moldova liderinin sözlərinə görə, indi Kişinyov Moskvadan enerji asılılığı vəziyyətinə son qoyub və ölkəni qazla şantaj etmək mümkün deyil.

Poliqon.info