ABŞ-nin İran üzrə xüsusi elçisi Prezidentin köməkçisi ilə görüşüb

ABŞ-nin İran üzrə xüsusi elçisi Abram Peyli Azərbaycanda səfərdə olub...

APA xəbər verir ki, səfər çərçivəsində diplomat Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, xarici işlər nazirinin müavini Samir Şərifov, Azərbaycanın İrandakı səfiri Əli Əlizadə, habelə ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi və onun israilli həmkarı Corc Diklə görüşüb.

Poliqon.info