Mustafa Denizlinin qızı bələdiyyə seçkisində qalib gəlib

Türkiyədə keçirilən yerli özünüidarə orqanlarına seçkidə maraqlı nəticələr qeydə alınıb. Məşhur məşqçi Mustafa Denizlinin qızı Lal Denizli İzmirin Çeşme rayonunda seçkidə qalib gəlib.

Məlumata görə, Cümhuriyyət Xalq Partiyasından (CHP) bələdiyyə başqanlığına namizəd olan Lal Denizli Çeşmenin ilk qadın bələdiyyə sədri olub.

“Təşəkkürlər, Çeşme! Çeşmelilərin lütfü ilə önümüzdəki beş il ərzində böyük şərəf və qürurla Çeşme bələdiyyə başçısı vəzifəsində çalışacağam. Mənə Çeşmenin ilk qadın bələdiyyə sədri olma xoşbəxtliyini yaşadan bütün həmvətənlərimə təşəkkür edirəm. Yeddidən yetmişə bütün vətəndaşlarımıza xidmət edib, sizin rifahınız üçün çalışacağam”, - deyə Lal Denizli açıqlamasında bildirib.

Qeyd edək ki, Mustafa Denizli “Fənərbağça”, “Qalatasaray”, “Beşiktaş” kimi klubların baş məşqçisi olub. Türkiyəli mütəxəssis 2013/14-cü illərdə “Xəzər Lənkəran” komandası ilə çalışıb. O, Lənkəran klubu ilə 18 matça çıxıb, yeddi qələbə, altı bərabərlik, beş məğlubiyyət ilə yadda qalıb

Poliqon.info