Klimatoloqların fikrincə, 2024-cü ilin yayı ən isti ola bilər

2024-cü ilin yayında havanın temperaturu bir il əvvəl qeydə alınan rekord səviyyələrdən yüksək ola bilər. Rusiya Voyeykov adına Baş Geofizika Rəsədxanasının aparıcı elmi işçisi, fizika-riyaziyyat elmləri namizədi Andrey Kiselyov bildirib ki, ən isti illər “El-Ninyo” (Sakit Okeanda suyun səth qatının temperaturunda iqlimə əhəmiyyətli dərəcədə təsir və ekstremal hava hadisələrini təhrik edə bilən dalğalanma fenomeni) hadisəsi effektinin pik həddə çatdığı vaxta təsadüf edib.

“Əvvəlki güclü “El-Ninyo” 2016-cı ildə idi. 2023-cü ildə növbəti güclü “El-Ninyo” oldu. Onun bu ilin ortalarında başa çatması gözlənilir. Tipik olaraq, “El-Ninyo”nun ən böyük təsiri onun ikinci ilində baş verir, yəni 2024-cü ilin ən isti olacağı proqnozlaşdırılır”, - deyə mütəxəssis bildirib.

Bundan başqa, Obuxov adına Atmosfer Fizikası İnstitutunun direktor müavini. Aleksandr Çernokulski 2024-cü ildə yeni rekord riskinin olduğunu qeyd edib. Bununla belə, o, Sakit Okeanda “El-Ninyo”nun isti mərhələsinin artıq bitdiyini və gələn il yəqin ki, daha soyuq olacağını və bir az geriyə dönəcəyimizi vurğulayıb.(oxu.az)

Poliqon.info