AK: Orban ikili oyun oynayır, Rusiyaya görə Macarıstan təcrid olunur...

Macarıstan Viktor Orbanın Rusiya ilə əlaqələrinə görə özünü Avropa İttifaqı (Aİ) ölkələri arasında böyük ölçüdə təcrid vəziyyətinə salıb...

Poliqon xəbər verir ki, bu barədə Avropa Komissiyasının Dəyərlər və Şəffaflıq üzrə sədr müavini Vera Jourova EUObserver-ə müsahibəsində bildirib.

Qurumun hesablamalarına görə, Budapeşt Moskva ilə qarşılıqlı əlaqədə mövqeyinə görə ən yüksək təcrid səviyyəsindədir.

Jurova Orbanın Çində Rusiya prezidenti Vladimir Putinlə görüşdüyünü xatırladıb. Onun sözlərinə görə, Macarıstanın baş naziri ikili oyun oynayır.

"Hörmət qazanmaq istəyirsə, heç olmasa peşəkarcasına davranmalı və neytral mövqedən danışmalıdı. Lakin Viktor Orban bizi o qədər təəccübləndirdi ki, biz Budapeştə fərqli yanaşmanı nəzərdən keçirə bilərik", deyə Jourova bildirib.

Bundan əvvəl Orban məlumat vermişdi ki, Macarıstan Rusiya ilə iqtisadi əlaqələri saxlamaq istəyir və yalnız Aİ sanksiyalarının tətbiq olunduğu ərazilərdə ondan imtina etmək məcburiyyətindədir. Onun fikrincə, Qərb Ukraynaya dair sülh sazişi bağlamaq fürsətini hətta Rusiya da maraqlı olduğu halda əldən verib.

Poliqon.info