Vuçiç: Hava hücumundan müdafiə qüvvələrimiz onları vuracaq...

Serbiya prezidenti Aleksandr Vuçiç Belqraddan 100 km aralıda tapılan naməlum obyektin ölkənin hava sərhədini pozmasına münasibət bildirib...

Poliqon xəbər verir ki, onun sözlərinə görə, növbəti dəfə ölkənin hava hücumundan müdafiə qüvvələri bütün naməlum uçan obyektləri vuracaq.

"Bu, kəşfiyyat aparatı idi, yoxsa böyük bir şar? Tez hava məkanımızı tərk etdi. Növbəti dəfə hava hücumundan müdafiə qüvvələri onu məhv etmək və kimin olduğunu müəyyən etmək üçün belə bir hədəf üzərində işləyəcəklər", deyə Vuçiç jurnalistlərə bildirib.

Aleksandr Vuçiç əlavə edib ki, Fransa prezidenti Emmanuel Makronla yaxın günlərdə keçiriləcək görüşdə o, "Rafael" döyüş təyyarələrinin alınmasını müzakirə edəcək. Serbiya prezidenti aydınlaşdırıb ki, ölkə öz neytrallığını və azadlığını qorumaq üçün daha güclü olmalıdır.

Martın 30-da Serbiya Müdafiə Nazirliyi Belqraddan 100 km aralıda Valyevo şəhəri üzərində naməlum obyektin aşkar edildiyini bildirib. İki MiQ-29 qırıcısı havaya qalxsa da, obyekt radardan itdiyi üçün hədəfi aşkar edə bilməyib. Valyevoda "Krusik" müdafiə şirkəti var ki, o, digərləri ilə yanaşı, artilleriya mərmiləri və minalar istehsal edir.

Poliqon.info