Amerikalı siyasi strateq: Putini sui-qəsd gözləyir...

Rusiya prezidenti Vladimir Putin öz çevrəsindən kimsə tərəfindən öldürülə bilər...

Poliqon xəbər verir ki, bu fikri amerikalı siyasi strateq və politoloq Ceyson Smart "FreeDom" kanalına deyib.

Politoloqun fikrincə, Putinin ətrafındakılar başa düşürlər ki, onun erasının sonu tezliklə gələcək. Ekspertin sözlərinə, Putin artıq Rusiyada baş verənlərə nəzarət etmək iqtidarında deyil.

"Putin, artıq başqa ölkədə müharibədə qalib gələ bilməz və Rusiya iqtisadiyyatı hər gün pisləşir. İndi Rusiyada yaxşı heç nə yoxdur. Düşünürəm ki, Putinin çevrəsindən birinin onu öldürəcəyi gün gələcək", deyə siyasi strateq bildirib.

Smartın fikrincə, rus oliqarxları hazırkı lidersiz hər şeyin yaxşı olacağını başa düşürlər.

Poliqon.info