İsveçdə məktəb şagirdlərinə həşəratlardan hazırlanan nahar verilib

Stokholmun kənarında yerləşən Södertele şəhərindəki məktəbdə tələbələr iqlimə uyğun və davamlı yemək vərdişlərinin təbliği çərçivəsində mal əti əvəzinə həşarat püresi ilə dolma yedizdiriblər...

Poliqon xəbər verir ki, bu barədə The European Conservativ nəşri məlumat yayıb. Nəşr yazır ki, eyni yemək şəhər meriyasına gələnlərə də təklif edilib.

Dietoloq Sara Seinqin dediyinə görə, həşərat püresi toyuq ətinə bənzəyir və ekoloji cəhətdən təmiz olur.

Nəşq yazır ki, meriyada şam yeməyinə gələn qonaqlara qeyri-adi inqrediyent haqqında məlumat verilib, lakin onlar bundan imtina ediblər. Amma Söderteledəli məktəblərdən birinin şagirdlərinə həşərat püresi haqqında məlumat verilməyib. Nəşr iddia edir ki, dövlət televiziyası məktəbə dəvət olunub və jurnalistlər həşərat yeməyin faydalarını və kiçik heyvanın yaxşı həyat sürdüyünü öyrənəndə uşaqların reaksiyalarını lentə alıblar.

Orta məktəbdə böcəkləri yeməyin ətraf mühitə faydaları haqqında şagirdləri maarifləndirmək planın yalnız bir hissəsi idi. Məqalədə qeyd olunur ki, hökumətin məktəblər və qocalar evləri kimi qurumların “müharibə və ya digər böhran zamanı insanları necə qidalandıra biləcəkləri” sualına cavab axtarışı da eyni dərəcədə vacib məsələ olub.

Nəşr xatırladır ki, qida ilə təcrübələr də bu ilin fevralında Söderteledə keçirilən “Elm Həftəsi” tədbirinin bir hissəsi olub.

Poliqon.info