Politoloq: Seçkinin nəticələri Türkiyə üçün siyasi zəlzələ oldu...

Türkiyədə bələdiyyə seçkilərinin nəticələri müxalifətin gözləntilərini üstələdi və siyasi zəlzələ oldu...

Poliqon xəbər verir ki, bunu türk politoloq Hakan Aksay deyib.

"Bu seçki sürprizlərlə dolu oldu. Müxalifət iddialı idi və may ayına nisbətən daha uğurlu çıxış etmək niyyətində idi. Lakin indiki nəticə müxalifətin gözləntilərindən qat-qat yüksək, hakimiyyətin gözləntilərindən aşağıdır. Bu seçkilər Türkiyə üçün siyasi zəlzələyə, hətta sunamiyə bərabərdir", deyə Hakan Aksay bildirib.

Qeyd edək ki, seçki qutularının 99.81 faizi açılandan sonra ana müxalifət Cumhuriyyət Xalq Partiyası (CHP) 37.74% ilə liderdir. Ölkənin hakim Hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) 35.49% ilə 2-ci, Yenidən Rifah Partiyası 6.19% ilə 3-cü yerdədir. DEM Partiya 5.67%, Milliyətçi Hərakat Partiyası (MHP) 4.98%, İYİ Partiya 3.77%, Zəfər Partiyası 1.72%, Səadət Partiyası 1.09% səs toplayıb. Digər partiyalar bir faizi aşa bilməyib. İstanbul, Ankara, İzmir daxil olmaqka əksər böyük şəhərlərdə CHP qalib gəlib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın 4-5 il ərzində AKP-nin əhəmiyyətli seçici dəstəyini itirdiyi bələdiyyə seçkilərində aşkar edilən səhvləri partiyası və hökumətinin düzəldəcəyini bildirib:

"Ötən il başlayan ümumi və bələdiyyə seçkiləri marafonu bu gün başa çatıb. Hələ dörd ildən çox vaxtımız var. Bu dörd-beş ildə biz daha çox ölkəmizin aktual problemlərinə, xüsusilə zəlzələdən zərər çəkmiş rayonların bərpasına, iqtisadi problemlərimizin həllinə diqqət yetirəcəyik".

Poliqon.info