DEM Partiya: Seçicilərimiz AKP-ni cəzalandırmaq üçün İmamoğluna səs verdi...

Meral Danış Beştaş: DEM Partiyanın seçiciləri AKP-ni cəzalandırmaq üçün CHP namizədinə səs verib...

Türkiyədə keçirilən bələdiyyə seçkiləri başa çatdı. Ölkə üzrə Cümhuriyyət Xalq Partiyasının (CHP) hakim Ədalət və İnkişaf Partiyası (AKP) üzərində qələbəsi ilə yekunlaşan seçkidə böyük şəhərlərdə yenə müxalifət qalib gəldi. Ötən seçkidə olduğu kimi Əkrəm İmamoğlu İstanbulda AKP namizədindən üstün oldu. Belə ki, CHP təmsilçisi İmamoğlu seçicilərdən 51.08 faiz, AKP namizədi Murat Kurum isə 39.59 faiz səs ala bilib.

Poliqon xəbər verir ki, seçkidə üçüncü olan DEM Partiyasının İstanbul namizədi Meral Danış Beştaş səslər sayıldıqdan sonra qalmaqallı açıqlama verib. Onun sözlərinə görə, DEM Partiyanın seçiciləri AKP-ni cəzalandırmaq üçün CHP namizədinə səs verib.

"DEM seçiciləri AKP-ni cəzalandırmaq istədilər. Nəticə budur. Əslində İstanbulda nəticə DEM seçicilərinin AKP-ni cəzalandırmasıdır. Mən niyə belə deyirəm? İmamoğlu "Bu səslər mənimdir" deməsin əsla. Aldığı səslər onun deyil. Bizim seçicilər ona səs verdi. Niyə? Çünki AKP-ni cəzalandırmaq istədi, cavab vermək istədi", deyə Meral Danış Beştaş bildirib.

Qeyd edək ki, DEM Partiya Türkiyə üzrə 5.67 faiz səs toplayaraq 4-cü olub. Onun İstanbul namizədi Meral Danış Beştaş isə 2.1 səslə 4-cü yeri tutub.

Poliqon.info