Fələstinin yeni hökuməti and içib

Fələstinin 19-cu hökuməti Baş nazir Məhəmməd Mustafa ilə birlikdə and içib...

Poliqon xəbər verir ki, bu barədə Fələstinin WAFA Agentliyi məlumat yayıb. Agentlik xəbər verir ki, mərasim Fələstin Milli Administrasiyasının inzibati mərkəzi olan Ramallahda prezident Mahmud Abbasın iştirakı ilə baş tutub.

Məhəmməd Mustafa hökumətin bütün fələstinlilərə xidmət edəcəyinə söz verib. O, fələstinlilərin siyasi istinad nöqtəsi kimi Fələstin Azadlıq Təşkilatını göstərib. Mərasim zamanı Baş nazir hökumətinin proqramını açıqlayıb.

Xəbərdə qeyd edilir ki, Mahmud Abbas mərasimdən sonra yeni hökumətin iclasına sədrlik edib. Prezidentin sözlərinə görə, hökumət öz vəzifələrini yerinə yetirmək üçün lazımi səlahiyyətlərə malikdir.

Qeyd edək ki, Mahmud Abbas martın 28-də Məhəmməd Mustafanın rəhbərliyi ilə yeni hökumətin tərkibini təsdiqləyib. HƏMAS və bir sıra digər Fələstin hərəkatları yeni Baş nazirin təyinatından narazı qalıblar.

Poliqon.info