Almaniya “Taurus” raketlərinin istehsalını dayandırıb

Avropanın “MBDA” şirkəti hökumətin müdafiə sifarişlərinin kifayət qədər olmaması səbəbindən uzaqmənzilli “Taurus” raketlərinin istehsalını dayandırıb...

Bu barədə şirkətin Almaniya filialının rəhbəri Tomas Qottşild bildirib.

Qeyd olunur ki, “MBDA” sənaye sifarişləri ilə bağlı daha sürətli həll yollarını nəzərdən keçirir.

“Taurus” ilə bağlı məsələdə olduğu kimi, istehsalın dayandırılması sənayemiz üçün problemdir. Belə hallarda çox vaxt kiçik və orta şirkətlər olan tədarükçülərimiz istehsalı dayandırır”, - Qottşild qeyd edib.

O, həmçinin vurğulayıb ki, “Taurus” raketlərinin Ukraynaya verilməsi məsələsi siyasi qərardır.

Hələlik şirkət ABŞ-li tərəfdaşı “Raytheo” ilə birlikdə “Patriot” raketdən müdafiə sistemi üçün minlərlə raket istehsal edəcək. İstehsalçı artıq bir neçə ölkədən sifarişlər alıb.(oxu.az)

Poliqon.info