İsrail Rəfah üzrə əməliyyat planlarını təsdiqləyib

İsrail Qəzza zolağının cənubundakı Rəfah şəhərində əməliyyat üçün əməliyyat planlarını təsdiqləyib...

"Report" xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahu mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, İsrail ordusu Fələstin anklavının cənub hissəsində yerləşən Rəfah şəhərindən dinc sakinləri təxliyə etməyə hazırlaşır:

"Biz mülki əhalinin təxliyəsi və mülki yardımın Rafaha çatdırılması məsələsini həll etmək üçün hər şeyi edirik. Rəfaha daxil olacağıq və qalan HƏMAS batalyonlarını məhv edəcəyik. Heç bir təzyiq İsraili dayandıra bilməz".

Poliqon.info