Xocalıda tapılmış məzarlığa mütəxəssislər və dövlət qurumları baxış keçirib

Xocalı rayonunun Qaladərəsi adlanan ərazisində tapılmış məzar yerinə mütəxəssislər və aidiyyəti dövlət qurumlarının iştirakı ilə baxış keçirilib...

Poliqon xəbər verir ki, bu barədə “Report”un Xocalıya ezam olunmuş əməkdaşı xəbər verir.

Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov deyib ki, ərazidə qazıntı işləri davam etdiriləcək: “Qazıntı işləri başa çatandan sonra qalıqlar Bakıya aparılacaq”.

Qeyd edək ki, ötən gün Baş Prokurorluğun yaydığı məlumata əsasən, insan qalıqlarının azı 3 nəfər şəxsə məxsus olması müəyyənləşib.

Poliqon.info