Alimlərdən Marsla bağlı inanılmaz kəşf

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) alimləri müəyyən ediblər ki, Mars dərhal susuzlaşmayıb...

Planetdə zamanla rütubət və quraqlıq dövrləri bir-birini əvəz edib.

Bu barədə Kosmik Agentliyin rəsmi saytında məlumat verilib.

Tədqiqatçıların qənaətləri “Curiosity” roverinin əldə etdiyi yeni məlumatlara əsaslanır.

Qurğunun süxurların tərkibi haqqında ötürdüyü məlumatda suyun buxarlanması zamanı tez-tez əmələ gələn sulfatlarla, duzlu minerallarla zəngin təbəqə aşkarlanıb.

Bu isə o deməkdir ki, Marsın bu bölgəsini bir neçə dəfə su basıb.(oxu.az)

Poliqon.info