AYNA tənqid edildi: "Sahibkarları niyə düşünmürsünüz?!"

AYNA taksilərlə bağlı sərtləşməyə görə tənqid edildi...

"Taksilərlə bağlı mənasız qərarların arxasında məhz AYNA dayanır. Qurum hər sahədə ən pis menecerdir. İstər taksilərlə bağlı, istərsə də parklanma və ya digər qərarlar. AYNA-nın işi təşviq olmalıdır, qadağa yox..."

Pravda.az-ın xəbərinə görə, bunu gənc siyasətçi Aslan Həmidli bildirib.

"İctimai-nəqliyyat sistemi normal qurulmadığı halda, bu qanunlar insanların narazılığına səbəb olacaq. AYNA rəhbərliyi yalnız özlərini ağıllı sayıb, qərar verirlər. Bəs sahibkar? Niyə düşünmürsünüz sahibkarları?! Nə vaxtsa sahibkarlarla görüşüb fikir alış-verişi etdinizmi?! Onların problemini dinlədinizmi?" - o qeyd edib.

Poliqon.info