Sırski: Zelenskinin Zalujnını vəzifəsindən azad etmək üçün əsaslı səbəbləri var idi

Ukrayna prezidenti Volodimir Zelenskinin Valeri Zalujnını Ukrayna Silahlı Qüvvələrinin baş komandanı vəzifəsindən azad etmək üçün əsaslı səbəbləri var idi...

Poliqon xəbər verir ki, bu fikirləri onun varisi, ölkə ordusunun yeni baş komandanı Aleksandr Sırski bildirib.

"Bu səbəblər əhəmiyyətlidir", deyə baş komandan qeyd edib.

Aleksandr Sırskinin fikrincə, hərbi qulluqçular əmrləri müzakirə etməyə yox, yerinə yetirməyə borcludurlar.

Onun fikrincə, xüsusən də silahlı münaqişənin aktiv mərhələsində əgər dövlət başçısının belə bir kadr dəyişikliyi etmək üçün ilkin şərtləri var idisə, bu, qərarın əsaslı səbəbləri olduğunu göstərir.

Qeyd edək ki, fevralın əvvəlində Zelenski Zalujnını Ukrayna ordusunun baş komandanı vəzifəsindən azad edib və general Sırskini bu vəzifəyə təyin edib. Sonuncu Vladimir vilayətində anadan olub və 1980-ci illərdə Ukraynaya köçüb, baş komandan təyin olunmazdan əvvəl Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarına rəhbərlik edib.

Poliqon.info