Orban Ukraynanı Rusiya ilə danışıqlara çağırıb, keçmiş kansler etiraz edib

Rusiya ilə münaqişədə Ukrayna indiyədək itirdiklərindən daha çox itirə bilər...

Ona görə də Kiyev hərbi əməliyyatları davam etdirmək haqqında deyil, danışıqlar haqqında düşünməlidir.

Poliqon European Voices portalına istinadən xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban Avstriyanın keçmiş kansleri (2000-2007-ci illər) Volfqanq Şussellə söhbətində deyib.

Siyasətçinin fikrincə, atəşkəs həm də ona görə lazımdır ki, Rusiya ilə Qərb ölkələri arasında artıq ağlabatan müzakirə yoxdur.

Şussel isə öz növbəsində bildirib ki, Ukraynada dərhal atəşkəs ölkənin məğlubiyyətinə gətirib çıxaracaq. Viktor Orban buna cavab olaraq deyib ki, respublika daha böyük əraziləri itirmək təhlükəsi qarşısındadır.

Keçmiş kansler təkid edib ki, Ukrayna Rusiya ilə qarşıdurmanı ancaq Avropa ona kifayət qədər silah verməsə, uduza bilər.

Bu həftə Macarıstanın Xarici İşlər və Xarici İqtisadi Əlaqələr naziri Peter Siyarto TASS-a müsahibəsində Budapeştin Rusiyanın mümkün məğlubiyyətinə inanmadığını bildirib və Ukraynada atəşkəsə, Kiyev ilə Moskva arasında danışıqların tezliklə başlamasına çağırıb.

Poliqon.info