WhatsApp aprel ayından qaydalarla razılaşmayan istifadəçiləri bloklamağa başlayacaq

WhatsApp messencerinin tərtibatçıları aprelin 11-dək razılaşdırılmalı olan xidmət şərtlərini yeniləyiblər...

Poliqon xəbər verir ki, əks halda, istifadəçinin hesabı bloklanacaq. Bu barədə şirkətin saytındakı dəstək qeydində deyilir.

Rəqəmsal Bazarlar Aktı (DMA) səbəbindən yeni qaydalar Avropa regionunun sakinlərinə şamil edilir. Messencer WhatsApp-dan istifadəyə dair tövsiyə və prinsiplərin işini təsvir edən bölmələri və digər bölmələri yeniləyib.

Bundan əlavə, aprelin 11-dən WhatsApp messencer istifadəçiləri üçün minimum yaş tələblərini dəyişir və bu tələblər 16 yaşdan 13 yaşa qədər enir.

Yeni tələblər köhnə WhatsApp istifadəçiləri üçün aprelin 11-dən, fevralın 16-da və daha sonra qeydiyyatdan keçənlər üçün isə messencerdə profil yaradıldığı gündən qüvvəyə minir.

Bütün bu dəyişikliklər yalnız Avropa İttifaqı ölkələrindən olan istifadəçilərə aiddir.

Poliqon.info