Fələstinin yeni xarici işlər naziri ermənidir...

Fələstin Muxtariyyəti yeni kabinetin formalaşdığını bəyan edib...

Poliqon xəbər verir ki, prezident Mahmud Abbas cümə axşamı prezident fərmanı ilə yeni hökumətin tərkibini açıqlayıb.

Fələstinin Wafa Agentliyi qeyd edir ki, kabinetdə digərləri ilə yanaşı, erməni nazir də təmsil olunur. Fələstinin yeni hökumətinin üzvlərindən biri Varsen Ağabekyandır. O, Fələstinin Xarici İşlər və Mühacir İşləri üzrə Dövlət Naziri təyin edilib.

 

Ağabekyanın 1958-ci ildə İordaniyada anadan olduğu bildirilir. O, Prezidentin Fələstində Kilsə İşlərinə Nəzarət üzrə Ali Komitəsinin üzvüdür. 1983-cü ildə ABŞ-ın İndiana ştatının Purdue Universitetində magistr dərəcəsi, Pittsburq Universitetində isə siyasi məsələlər üzrə doktorluq dərəcəsi alıb. 1988-2008-ci illərdə Qüds Universitetində dosent, sonra dekan vəzifəsində çalışıb.

Poliqon.info