Erməni polisi qatı millətçi Jirair Sefilyanın evində axtarış aparır...

Ermənistanda polis Jirair Sefilyanın və Milli Demokratik Partiyanın digər üzvlərinin mənzilində axtarış aparır...

Bu dəqiqələrdə polis Milli Demokratik Qütb Şurasının lideri Jirair Sefilyanın mənzilində axtarış aparır.

Poliqon xəbər verir ki, bBu barədə NEWS.am portalına Milli Demokratik Partiyanın mətbuat xidməti məlumat verib.

Xəbərdə bildirilir ki, səhər saatlarından Milli Təhlükəsizlik Xidmətinin və polisin nümayəndələri Milli Demokratik Qütbün şura üzvlərinin, onun tərəfdarlarının mənzillərində, eləcə də MDP-nin ofislərində axtarışlar aparır.

Eyni mənbənin məlumatına görə, axtarışlar Karo Yeqnukyan, Aşot Petrosyan, Vaaqn Avaqyan və Vahe Qasparyanın mənzillərində də aparılır.

Xatırladaq ki, İrəvanda Nor Nork polis şöbəsinə hücumdan sonra başlanmış iş çərçivəsində İstintaq Komitəsi Milli Demokratik Partiya üzvlərini həbs edib.

İstintaq Komitəsi daha əvvəl Nor Nork polisinə hücumu törədən şəxslərin evlərində iyirmidən çox axtarış aparıldığını elan etmişdi. Axtarışlar nəticəsində istintaqı maraqlandıran sənədlər və əşyalar, o cümlədən silahlar, döyüş sursatı, planlar, diaqramlar, narkotika bənzər maddələr müsadirə olunub.

Poliqon.info