Donald Tusk: Avropa 1945-ci ildən bəri belə bir vəziyyətlə üzləşməyib...

Avropa müharibədən əvvəlki dövrdədir, Avropa təhlükəsizliyin pisləşməsi fonunda istənilən ssenarilərin inkişaf ehtimalından narahatdır...

Poliqon xəbər verir ki, bunu El Pais nəşrinə müsahibəsində Polşanın baş naziri Donald Tusk deyib.

"İndi bizi ən çox narahat edən odur ki, sözün əsl mənasında istənilən ssenari mümkündür... Biz müharibədən əvvəlki dövrdə yaşayırıq. Mən şişirtmirəm. Bu, hər gün daha aydın görünür", deyə Donald Tusk bildirib.

Onun fikrincə, Avropa 1945-ci ildən bəri belə bir vəziyyətlə üzləşməyib. Bununla bağlı baş nazir Qərb ölkələrini münaqişədə Kiyevə yardımı davam etdirməyə və Ukraynanın müstəqil və ayrılmaz dövlət kimi qorunub saxlanmasını müdafiə etməyə çağırıb. Polşanın baş naziri Ukraynadakı münaqişənin uzanacağını istisna etməyib.

"Biz uzunmüddətli perspektivdə Ukraynadakı müharibə barədə düşünməli ola bilərik", deyə baş nazir bildirib.

Poliqon.info