Yunanıstan parlamenti hökumətə etimadsızlıq səsverməsini dəstəkləməyib

Yunanıstan parlamenti baş nazir Kiriakos Mitsotakis hökumətinə etimadsızlıq səsverməsini rədd edib...

Poliqon xəbər verir ki, müxalifət Baş naziri 2023-cü ildə baş vermiş Yunanıstan tarixində ən pis qatar qəzası ilə bağlı sübutları manipulyasiya etməkdə ittiham edir.

Etimadsızlıq səsverməsinin lehinə 141 deputat, əleyhinə isə hakim Yeni Demokratiya Partiyasından 159 deputat səs verib. Səsvermədə 300 deputatın hamısı iştirak edib. Hakim partiyaya 151 səs lazım idi.

Hökumətə etimadsızlıq məsələsinə baxılması PASOK Partiyasının təşəbbüsü ilə baş tutub. Onu daha üç müxalifət partiyası - radikal sol koalisiya SİRİZA-Tərəqqi Alyansı, Yeni Sol və Azadlıq Kursu dəstəkləyib.

Ötən il martın 1-nə keçən gecə Tempi icmasında Afina-Saloniki sərnişin qatarı yük qatarı ilə toqquşub. Nəticədə 57 nəfər həlak olub, 40-dan çox insan yaralanıb.

Yunanıstanın nəqliyyat naziri Kostas Karamanlis istefa verib. Ölkədə qatarların hərəkəti müvəqqəti olaraq dayandırılıb, lakin martın 22-dən sonra tədricən bərpa olunmağa başlayıb. Dəmiryolları birliklərinin nümayəndələri fövqəladə vəziyyətdən sonra Afina ilə Saloniki arasındakı dəmir yolunda təhlükəsizlik problemlərindən danışmağa başlayıblar. Qəza ilə bağlı istintaq hələ də davam edir və məhkəmə iyunda başlaya bilər.

Poliqon.info