Pentaqon: Çin Tayvanla güc yolu ilə birləşmək istəmir...

Pentaqon Çinin Tayvanla güc yolu ilə birləşməyə çalışmadığına inanmaqda davam edir...

Poliqon xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin (QQŞ) sədri, general Çarlz Braun deyib.

O, bu barədə Vaşinqtonda yerləşən Müdafiə Yazarlar Qrupu ilə görüşdə danışıb: "Demək istədiyim odur ki, əksər ölkələr müharibəyə cəlb olunmaq istəmir".

Braunun fikrincə, məqsədlərə çatmaq üçün başqa vasitələr varsa, o zaman onlar belə siyasi və diplomatik vasitələrdən istifadə edirlər.

"Mən hələ də buna inanıram" deyən general Pekinin həqiqətən Tayvana qarşı güc tətbiq etmək istəmədiyi barədə əvvəlki şərhlərinə istinad edib.

"Mən Çin Xalq Respublikası ilə münaqişənin yaxınlaşdığını və ya qaçılmaz olduğunu düşünmürəm", deyə Braun əlavə edib.

Tayvan 1949-cu ildən, Çan Kay-şekin (1887-1975) başçılıq etdiyi Kuomintang qüvvələrinin qalıqları Çin Vətəndaş Müharibəsində məğlub olaraq adaya qaçdıqdan sonra öz administrasiyası tərəfindən idarə olunur. Pekin Tayvanı Çin Xalq Respublikasının əyalətlərindən biri hesab edir.

Birləşmiş Ştatlar 1979-cu ildə Tayvanla diplomatik əlaqələri kəsib və Çin Xalq Respublikası ilə əlaqələr qurub. Vaşinqton "vahid Çin" siyasətini tanımaqla yanaşı, eyni zamanda Taypey administrasiyası ilə əlaqələri davam etdirir. ABŞ Tayvanın əsas silah tədarükçüsüdür. Çin Xarici İşlər Nazirliyinin məlumatına görə, bir neçə il ərzində adaya Amerika hərbi tədarükünün ümumi həcmi 70 milyard dolları ötüb.

Poliqon.info