Alen Simonyan: Mövcud təhlükəsizlik sistemi işləmir və heç vaxt işləməyib...

Biz bir şeyə əminik, indiki versiyada aşkar problemlərimiz var, mövcud təhlükəsizlik sistemi işləmir və heç vaxt işləməyib...

Poliqon xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan İctimai Televiziyanın efirində R”usiya sərhədçiləri Ermənistan Respublikasını tərk edərsə, Türkiyə burada Rusiyanı əvəz edəcək” iradına cavab verərkən deyib.

“Müxalifət öz prinsipindən çıxış edir. Ölkə üçün nə qədər pis olsa, onlar üçün bir o qədər yaxşıdır. Onlar hakimiyyətə gəlmək üçün işlərin mümkün qədər pis olmasını istəyirlər. Mənim üçün bu, onların münasibətləri ilə bağlı aksiomadır. Əmin olduğumuz bir şey odur ki, hazırkı versiyada açıq-aşkar problemlərimiz var, mövcud təhlükəsizlik sistemi işləmir və heç vaxt işləməyib”, deyə Ermənistan parlamentinin spikeri bildirib.

Simonyan müxalifəti itiham edərək qeyd edib ki, onlar davamlı olaraq Rusiyaya, KTMT-yə üz tutublar. Amma bu sistem işləmir.

“Aydındır ki, Erməmistan üçün bu təhlükəsizlik sistemi işləmir. İndi biz ölkəmizi hər cür qorumağa çalışırıq və hesab edirəm ki, bunda bizi günahlandırmaq düzgün deyil”, deyə Etmənistan parlamentinin spikeri vurğulayıb.

Poliqon.info