Moldovalılar NATO-ya qoşulmaq istəmir

Moldovalıların əksəriyyəti ölkənin NATO-ya daxil olmasına qarşıdır...

Poliqon xəbər verir ki, bu, Date Inteligente (iData) tərəfindən aparılan sorğunun nəticəsində məlum olub.

Araşdırmaya görə, respondentlərin 56%-i Kişinyovun Şimali Atlantika Alyansına qoşulmasına qarşı çıxıb. 31,3% NATO-ya qoşulmağı dəstəkləyib.

Respondentlərin daha 12,7%-i cavab verməkdə çətinlik çəkib.

Bundan əvvəl Moldovanın keçmiş müdafiə naziri Vitali Marinuta bildirib ki, Kişinyov NATO-ya üzv olmağa hazırlığa indidən başlamalı, hakimiyyət öz qarşısına belə bir məqsəd qoymalıdır.

NATO baş katibinin müavini Mirça Coana bildirib ki, Dnestryanı Rusiyaya birləşmək cəhdləri halında Alyans Moldovanı dəstəkləməyə davam edəcək.

Coana qeyd edib ki, Pridnestrovie ilə Rusiya arasında hər hansı yeni qeyri-qanuni razılaşmalar pislənəcək. Alyansın nümayəndəsi Moldovanın NATO üçün əhəmiyyətini vurğulayıb.

Poliqon.info