AP deputatı: Ukraynanın 1991-ci il sərhədlərinə qayıtması mümkün görünmür    

Ukrayna öz silahlı qüvvələrinin qarşısına 1991-ci il sərhədlərinə çatmağı arzu edən hədəflər qoyur. Lakin Ukrayna hakimiyyəti gözləntiləri dünyada mövcud vəziyyəti nəzərə alaraq idarə etməlidir. ..

Poliqon xəbər verir ki, bunu RBC-Ukrayna agentliyinə müsahibəsində Avropa Parlamentinin üzvü Viola fon Kramon-Taubadel bildirib.

"Məncə, hazırda bu, arzudur. Düşünürəm ki, mövcud sursat təchizatı və dünyada mövcud vəziyyətlə gözləntiləri idarə etmək lazımdır", deyə AP deputatı bildirib.

Deputatın sözlərinə görə, münaqişə başa çatdıqdan sonra real vəziyyət fərqli görünə bilər və bu vəziyyətin nə ilə nəticələnə biləcəyi ilə bağlı müzakirələrə Ukraynada başlamaq lazımdır.

Bundan əvvəl Ukrayna Silahlı Qüvvələrinin ehtiyatda olan mayoru İqor Lapin bildirmişdi ki, Ukrayna qoşunları 1991-ci il sərhədlərinin bərpası təşəbbüsünü onilliklər ərzində həyata keçirəcək.

Ukraynalı iqtisadçı Aleksey Kuş isə deyib ki, öləkənin sərhədləri müasir reallıqlardan təcrid olunmuş şəkildə nəzərdən keçirilə bilməz. Eyni zamanda, ekspertin fikrincə, indi 1991-ci il sərhədləri olan Ukrayna heç kimə lazım deyil.

Poliqon.info