ABŞ rəsmisi hökuməti Qəzzada soyqırıma kömək etməkdə ittiham edərək istefa verib    

ABŞ Dövlət Departamentinin Yaxın Şərq İşləri İdarəsinin xarici əlaqələr üzrə məsul əməkdaşı Annel Şelin prezident Co Bayden administrasiyasını Qəzza zolağında soyqırımı təbliğ etməkdə ittiham edib və istefa verib. 

Poliqon xəbər verir ki, bu barədə CNN məlumay yayıb.

Onun sözlərinə görə, İsrail Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən soyqırım kimi tanınan hərəkətlərə yol verdiyi üçün Amerika hakimiyyət orqanlarında işini davam etdirməyi mümkün görmür.

"Son bir il ərzində mən Yaxın Şərqdə insan haqlarının təşviqinə həsr olunmuş ofisdə çalışmışam. Mən o ofisin missiyasına və mühüm işinə çox inanıram. Bununla belə, Beynəlxalq Ədalət Məhkəməsinin Qəzzada soyqırım adlandırdığı vəhşiliklərə imkan verən bir idarəyə xidmət edə bilmədiyim üçün Dövlət Departamentindəki vəzifəmdən istefa vermək qərarına gəldim.

Müharibə başlayandan bəri Birləşmiş Ştatların insan hüquqlarının müdafiəçisi kimi olan bütün etibarı demək olar ki, tamamilə yox olub. Vətəndaş cəmiyyətinin üzvləri mənim onlarla əlaqə saxlamaq cəhdlərimə cavab verməkdən imtina ediblər. Ofisimiz Yaxın Şərqdə jurnalistlərə dəstək olmağa çalışır, QHT-lərin Qəzzada fələstinli jurnalistlərin tutulduğu və ya öldürüldüyü zaman ABŞ-ın kömək edə biləcəyini soruşduqda, hökumətimin onları qorumaq üçün daha çox iş görməməsindən məyus oldum. Jurnalistləri Müdafiə Komitəsinin məlumatına görə, son beş ayda Qəzzada 90 fələstinli jurnalist öldürülüb. Bu, CPJ-in 1992-ci ildə məlumat toplamağa başlamasından bəri hər hansı bir münaqişədə ən çox qeydə alınan jurnalist ölümüdür", deyə Annel Şelin bildirib.

Poliqon.info