Putin: Rusiya NATO ilə döyüşmək fikrində deyil, bu cəfəngiyyatdır

Rusiya prezidenti Vladimir Putin ölkəsinin NATO ilə müharibə etmək niyyətində olmadığını bildirib...

Poliqon xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Dövlət başçısı Torjoka işgüzar səfəri zamanı hərbi pilotlarla söhbət edib.

"2022-ci ildə ABŞ-ın hərbi xərcləri 811 milyard dollar, Rusiyanın isə 72 milyard dollar olub. Biz bu nisbətlə NATO ilə mübarizə aparacağıqmı? Bu, sadəcə cəfəngiyyatdır", deyə Putin bildirib.

O qeyd edib ki, Rusiya NATO ilə "yaxınlaşmağa" çalışmır.

"Bəlkə biz NATO-nun üzvü olan ölkələrin sərhədlərinə doğru hərəkət edirdik? Biz heç kimə toxunmadıq - onlar bizə doğru hərəkət edirdilər. Biz bəlkə də okeanın o tayına, ABŞ sərhədlərinə keçdik? Xeyr? Onlar bizə yaxınlaşdılar. Bəs biz? Biz nə edirik? Biz sadəcə olaraq öz tarixi ərazilərimizdə xalqımızı qoruyuruq", deyə prezident vurğulayıb.

Poliqon.info