Alman kəşfiyyatının "Crocus" terrorundan xəbəri olmayıb

Alman xüsusi xidmət orqanlarının Moskva yaxınlığındakı "Crocus City Hall"da vaş verən terror aktı ilə bağlı əvvəlcədən məlumatı olmayıb...

Poliqon xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolts Maerkische Allgemeine Zeitung qəzetinə danışıb.

Şoltsun ​​sözlərinə görə, alman kəşfiyyatının terrorçuların planları barədə məlumatı olmayıb, lakin Amerika kəşfiyyat orqanlarının yəqin ki, ipuçları var idi.

Kansler vurğulayıb ki, digər ölkələri gözlənilən terror aktları ilə bağlı xəbərdar etmək ABŞ siyasətinin bir hissəsidir və bu, "Crocus City Hall" işində də edilib.

"Bu dəhşətli terror aktının baş verməsi təəssüf doğurur", deyə kansler əlavə edib.

Martın 22-də "Crocus City Hall" konsert zalında terror aktı baş verib. "Piknik" qrupunun çıxışından əvvəl silahlı şəxslər zala soxularaq tamaşaçılara atəş açıblar. Bundan sonra partlayışlar baş verib və yanğın başlayıb. Hadisə nəticəsində 140-a yaxın insan həlak olub, 300-dən çox yaralı var.

Poliqon.info