BMT: Ən azı 25 hərbi əsir Ukraynada məhkəməsiz edam olunub...

BMT agentliyi Ukraynada rusiyalı hərbi əsirlərə işgəncə verildiyini bildirib...

Poliqon xəbət verir ki, Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığı (OHCHR) Ukrayna Silahlı Qüvvələri tərəfindən əsir götürülən 44 rusiyalı hərbçi ilə müsahibə aparıb. BMT Agentliyinin hesabatında deyilir ki, hərbi qulluqçular döyüş meydanından təxliyə edildikdən sonra tranzit məntəqələrində işgəncə və pis rəftar halları barədə məlumat veriblər. BMT nümayəndələri bu məlumatları mötəbər və onandırıcı adlandırıb.

Məlumata görə, OHCHR 2023-cü il dekabrın 1-dən 2024-cü il fevralın 29-dək Rusiya hərbi qulluqçuları ilə görüşüb. BMT əməkdaşları Dnepr, Xarkov, Lvov, Nikolayev, Sumı, Vinnitsa və Zaporojye vilayətində hərbi əsirlərin saxlandığı yerlərə baş çəkib. Onlardan 13-ü taxta çəkic və çubuqlarla döyülmə, elektrik cərəyanı vurma, cinsi zorakılıqla hədələmə barədə danışıb. Məlumatda bildirilir ki, azı 25 rus əsgəri döyüş meydanından kənarda edam edilib.

OHCHR-in məlumatına görə, 2023-cü ilin dekabrından 2024-cü ilin fevralına qədər olan əvvəlki üç ay ilə müqayisədə mülki əhali arasında itkilərin sayında cüzi artım müşahidə olunub. Ən azı 429 nəfər - 232 kişi və 181 qadın həlak olub, 50 oğlan və 32 qız uşağı olmaqla 1375 nəfər yaralanıb. Mülki şəxslər arasında səkkiz media işçisi, doqquz səhiyyə işçisi və yeddi humanitar işçi həlak olub.

Poliqon.info