Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Sumqayıtda xəstəxananın həyətindən körpə meyiti aşkarlanıb...    

Martın 27-də Sumqayıt Uşaq Xəstəxanasının ərazisindəki ağaclıq sahədə 33-36 həftəlik dölün aşkar edilməsi faktı ilə bağlı şəhər prokurorluğunda araşdırma aparılır.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

***

Bu barədə “Report”un yerli bürosu xəbər verir.

Meyit Sumqayıt Uşaq Xəstəxananın həyətində tapılıb.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info