Rişi Sunak Liz Trassın "dərin dövlət" haqqında dediklərini rişxəndlə qarşılayıb

Böyük Britaniyanın Baş naziri Rişi Sunak sələfi Liz Trassın vəzifədən getməsində “dərin dövlətin” rolu ilə bağlı dediyi ifadəni rişxəndlə qarşılayıb...

Poliqon xəbər verir ki, bu barədə Politico qəzeti yazır. Nəşr yazır ki, Sunak, Britaniya parlamentininin İcmalar Palatasının “Mühafizəkarlar” partiyasından olan üzvü Uilyam Reqqın Trassın sözləri ilə bağlı sualını cavablandırıb. O, Britaniyanın keçmiş Baş nazirinin 45 günlük vəzifəsindən sonra istefasında “solun agentləri”nin rolu ilə bağlı fikirlərini xatırladıqdan sonra rişxəndlə gülümsəyib və şərhlər üçün sələfinə müraciət etməyi məsləhət görüb.

Qeyd edək ki, fevralın 22-də Liz Trass Amerika televiziya kanalı Fox News-a müsahibəsində Qərb sivilizasiyasının solçuluğun güclənməsinə görə məhvə məhkum olduğunu bildirib. Onun sözlərinə görə, hətta mühafizəkarların hakimiyyətdə olduğu Britaniyada da solçular qeyri-leqal miqrantların deportasiyası ilə mübarizə aparmaq üçün öz nüfuzundan istifadə edir.

Poliqon.info