Dünya Bankı Ukraynaya külli miqdarda yardım ayıracaq

Ukrayna Dünya Bankının İnkişaf Siyasəti Krediti proqramı çərçivəsində Böyük Britaniya və Yaponiyadan 1,5 milyard dollar alacaq...

Bu barədə ölkənin Baş naziri Denis Şmıqal özünün “Telegram” kanalında məlumat verib.

Onun sözlərinə görə, Kiyev bu vəsaitləri martın sonuna qədər əldə edə biləcək.

Dünya Bankının Direktorlar Şurası inkişaf siyasətinə dəstək krediti çərçivəsində Ukraynaya 1,5 milyard dollar ayrılması barədə qərarı təsdiqləyib. Denis Şmıqal paylaşımında bildirib ki, bu vəsaitin 984 milyon dolları Yaponiyadan, 516 milyon dolları isə Böyük Britaniyadan gələcək.

Şmıqal, həmçinin tərəfdaşlarına Ukraynanın makro-maliyyə sabitliyinə verdikləri töhfəyə görə minnətdarlığını bildirib. Onun sözlərinə görə, vəsait sosial və humanitar məqsədlərə, eləcə də ölkənin bərpasına yönəldiləcək.

Poliqon.info