Budapeştdə minlərlə insan Orbanın istefasını tələb edib

Martın 26-da axşam saatlarında Budapeştdə Macarıstanın Baş naziri Viktor Orban və Baş prokuror Peter Poltun istefası tələbi ilə nümayiş keçirilib...

Poliqon xəbər verir ki, bu barədə Macarıstanın “Nepszava” portalı məlumat yayıb.

Bir neçə min nəfər Baş Prokurorluğun binasından parlamentə doğru yürüş təşkil edib. Sonda nümayişçilər mərkəzi “Lajos Kossuth” meydanında mitinq keçiriblər.

Aksiyanı keçmiş hökumət rəsmisi Peter Maqyar təklif edib. Maqyar açıq şəkildə Macarıstan hakimiyyətini sistemli korrupsiyada ittiham edib.

Qeyd edək ki, bundan əvvəl Peter Maqyar keçmiş ədliyyə naziri və onun keçmiş həyat yoldaşı Cudit Varqa ilə söhbətin səs yazısını dərc edib. Cudit Varqa səs yazısında Baş nazirin köməkçisi Antal Roqanın “Volner-Şadl” işində sübutların bir hissəsini məhv etmək cəhdindən danışır. Bu işin əsas müttəhimi Ədliyyə Nazirliyinin keçmiş dövlət katibi Pal Volnerdir.

Poliqon.info