The Telegraph: Britaniya ordusu Rusiyaya qarşı yalnız iki ay dayana biləcək...

Böyük Britaniya Silahlı Qüvvələri birbaşa toqquşma halında Rusiya Silahlı Qüvvələrinə qarşı yalnız iki ay dayana biləcək...

Poliqon xəbər verir ki, bu barədə The Telegraph nəşri Britaniya hərbi rəsmilərinə istinadən yazır.

Məqalədəa qeyd olunur ki, parlamentin ölkənin silahlı qüvvələri üzrə keçmiş deputatı Mark Fransuanın Britaniyanın Rusiya ilə döyüş sursatı və silah çatışmazlığı səbəbindən birbaşa münaqişə vəziyyətində həqiqətən də iki aydan çox dayanıb-dayana bilməyəcəyi ilə sualına Baş Qərargah rəisi Robert Maqovan müsbət cavab verib.

Mətndə qeyd edilir ki, Britaniya Silahlı Qüvvələrinin digər nümayəndələri də Londonun hərbi xərclərin azaldılması və şəxsi heyət çatışmazlığı səbəbindən uzun müddət hərbi əməliyyatlar keçirə bilməyəcəyini iddia edirlər.

Bundan əvvəl parlamentari Con Heyli bildirmişdi ki, Britaniya Rusiya ilə qarşıdurmaya hazır deyil, çünki ölkənin ən böyük zəifliyi silahlı qüvvələrinin vəziyyətidir.

"Ən böyük zəifliyimiz ordumuzun vəziyyəti və bu əsrdə bizi təhdid edən münaqişələrin qarşısını almaq və lazım gələrsə onlarla mübarizə aparmaq üçün zəif təchiz edilmiş sistemdir", deyə parlamentari bildirib.

Poliqon.info