ABŞ prezidentinin müşavirinin evinə nəcis atılıb

Naməlum şəxs ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivanın evinə nəcis atıb və hazırda polis hadisəni araşdırır...

Poliqon xəbər verir ki, bu barədə Fox News telekanalı hüquq-mühafizə orqanlarının adı açıqlanmayan nümayəndəsinə istinadən məlumat yayıb. Məlumatda qeyd olunur ki, ABŞ Gizli Xidməti Baydenin müşavirinin evinə nəcis atan şəxsi axtarır.

Hadisə martın 25-də baş verib. Mətbuatda yayılan məlumata görə, şəxsiyyəti hələlik müəyyən edilməmiş təcavüzkar avtomobillə keçərkən Sallivanın evinə doğru nəcis paketi atıb. Gizli təhlükəsizlik xidməti hadisəyə diqqət çəkib. Dərhal hadisə yerinə polisin minalardan təmizləmə qrupu gəlib.

ABŞ Gizli Xidmətinin sözçüsü Entoni Quqlielmi telekanala bildirib ki, bomba qrupları Sallivanın evində partlayıcı əşyalar tapmayıb.

Hazırda polis şübhəli şəxsi axtarır.

Poliqon.info