Ukrayna islahat proqramı çərçivəsində Dünya Bankından 1,5 milyard dollar alacaq

Dünya Bankının Direktorlar Şurası “İnkişaf üçün əsaslar” (DPL) inkişaf siyasətini dəstəkləmək üçün Ukraynaya 1,5 milyard dollar ayrılmasını təsdiqləyib...

Poliqon xəbər verir ki. bu barədə Ukrayna hökumətinin mətbuat xidməti bildirib. 984 milyon dollar Yaponiyadan, 515 milyon dollar Böyük Britaniyadan ayrılacaq. Vəsaitləri martın sonuna kimi qəbul etmək mümkün olacaq.

“Ayrılan vəsait Ukraynanın dövlət büdcəsinin dəstəklənməsi və iqtisadiyyatın bərpası, dövlət büdcəsinin prioritet sosial və humanitar xərclərinin maliyyələşdirilməsi üçün istifadə olunacaq”, deyə Ukraynanın maliyyə naziri Sergey Marçenko deyib..

Qeyd edilir ki, DPL layihəsi Ukraynada islahatları dəstəkləmək məqsədi daşıyır. Vəsaitlər ölkənin dövlət büdcəsinin ümumi fonduna ona həvalə edilmiş vəzifələr yerinə yetirildikdən sonra bir tranşla daxil edilir. İslahatların əsas istiqamətləri arasında korporativ idarəetmənin təkmilləşdirilməsi, maliyyə sektorunun gücləndirilməsi, elektron satınalma sistemində müştərilərin şəffaflığının təmin edilməsi əsas yer tutur.

Poliqn.info