Vuçiç serblərə xəbərdarlıq edib - Milli maraqlar təhlükə altındadır...

Serbiya prezidenti Aleksandar Vucic tezliklə serblərə ölkənin üzləşməli olacağı milli təhlükəkərlərlə bağlı xəbərdarlıq edib...

Poliqon xəbər verir ki, Seybiya prezidenti bu barədə İnstaqramda yazıb. Vuçiç qarşıdan gələn çağırışlar barədə məlumat verəcəyini yazıb. Onun sözlərinə görə, o, Serbiyanın milli maraqlarına mümkün təhdidləri nəzərdə tutan məlumatlar alıb. Lakin Serbiya dövlətinin başçısı təfərrüatları açıqlamayıb.

“Serbiyanı çətin günlər gözləyir. Bu məqamda son 48 saat ərzində hansı xəbərləri aldığımızı söyləmək asan deyil. Onlar bizim həyati vacib milli maraqlarımızı birbaşa təhdid edirlər”, Aleksandr Vuçiç yazıb. Yazının sonunda o əlavə edib: “Biz mübarizə aparacağıq. Serbiya qalib gələcək”.

Qeyd edək ki. daha əvvəl Serbiya prezidenti Ukraynada münaqişənin gərginləşəcəyini və qlobal münaqişəyə dönüşəcəyini bildirib.

Poliqon.info